TƏCRÜBƏMİZ OLAN SAHƏLƏR

img

SƏHİYYƏ

Tibb müəssisələrində marketinq siyasətinin qurulması, satış sisteminin həyata keçirilməsi və müasir menecment standartlarının tətbiq edilməsi bizim əsas iş funksiyamız kimi əldə etdiyimiz ən böyük referanslardandır. Fəaliyyət sektorundan asılı olmayaraq bütün tibb mərkəzləri və tibb işçiləri daimi olaraq bu xidmətimizdən yararlanmaqdadır.
img

TƏHSİL

Gələcəyin təməli sağlam təhsildən, sağlam təhsilin təməli isə düzgün fəaliyyət göstərən təhsil müəssisələrindən keçir. Müəssisələr üçün düzgün təyin etdiyimiz hədəf kütlə ilə satış siyasətinin qurulması nəticəsində bu gün övladlarımız daha sağlam biliklər almaqdadır. Təbii ki, müştərilərimiz də daha sağlam xidmət göstərməyi özlərinə borc bilirlər.
img

İKT

21-ci əsrdə İKT sektorunun önəmi hər kəs tərəfindən bilinməkdədir. Dəyərli müştərimiz üçün apardığımız daxili və xarici menecment analizi, CRM sisteminin monitorinqi, satış və marketinq strategiyasının araşdırması nəticəsində bazarın "dəyişən tezliyini" tutmağı bacardıq, aşkar edilmiş problemlərin aradan qaldırılmasına nail olduq.
img

İÇKİ

Su həyat mənbəyidir! İnsanlar bu həyatı müxtəlif markalardan alır. Apardığımız demoqrafik, coğrafi, satış və marka analizlərinə görə müştərimiz üçün bir neçə istiqamətli kommunikasiya layihəsi icra etməklə onların müştərilərlə əlaqələrinin sağlamlaşdırılmasına nail olduq. Gəlin elə edək ki, sizin markanız da  həyat mənbəyi olsun!
img

QİDA

Niyə sizin markanı seçməlidirlər? Səbəblər çox ola bilər. Amma bizə müraciət edən bir çox müştəri düzgün satış və marketinq siyasətinin olmamasından əziyyət çəkir. Düzgün menecment sistemi və marketinq siyasəti ilə birlikdə sinerji effekti yaratmaq ən doğru yolumuzdur. Hər evdə sizin məhsullarla hazırlanan süfrələri gördükdə ləzzət alacaqsınız. 
img

MEBEL

Rahatlıq istəkləri sonsuzdur. Alıcı nə istəyir? Sizi tanıyırlarmı? Fərqinizi bilirlərmi? Qurmuş olduğumuz doğru marketinq kommunikasiya taktikaları və müştərilərimiz üçün əla təbliğat strategiyaları təkcə alıcıların deyil, satışın da rahat olmasını təmin etdilər. Təbii ki, burada düzgün araşdırma metodologiyası bizim ən güclü silahlarımızdandır.
img

İNŞAAT

İnşaat materiallarının istehsalı, satışı xüsusi hədəf kütləsi olan sektorlardandır. Bu sektorda böyük təcrübəsi olan komandamızla sektora uyğun spesifik marketinq planımızla şirkətlərin biznes inkişafına, eyni zamanda marka dəyərinin formalaşdırılmasına nail olmaq çox gözəl duyğudur.  Markanızın "inşaatı"nı bizə həvalə edə bilərsiniz.
img

METALLURGİYA

Müxtəlif istehlakçı auditoriyasını özündə birləşdirən metallurgiya sektorunda apardığımız araşdırmalar və qurmuş olduğumuz satış, marketinq kommunikasiya siyasəti nəticəsində müştərimiz bir çox iri layihələrin seçimi oldu. Hədəf kütlə baxımından xüsusi araşdırmalarımızla sənayenin qəlbindən, istehlakçının beynindən xəbər veririk. 
img

AVTOMOBİL

Avtomobil tələbatının ölçülməsi, alıcılıq qabiliyyəti və istehlakçı istəkləri əsasında aparmış olduğumuz araşdırmaların nəticəsində bu gün bir çoxlarınız bizim müştərimizin avtomobillərini sevə-sevə istifadə edirsiniz. Professional komandamız sizin istəklərinizi illər öncə təyin etmişdi. "Onun arabası var!" Bəs onun arabası sizin markadırmı?
img

RESTORAN

Xidmətin yüksəldilməsi ilə müştəri formalaşdırmaq bizim əsas amalımızdır. Müştəriyə verilən dəyər sisteminin qurulması, müştərimizin istəkləri əsasında xidmətin formalaşdırılmasında biz komanda olaraq bir çox əməkdaşlıq etdiyimiz restoran, fast-food sektorunun nümayəndələri üçün əla fürsət və təkliflərimizlə məmnuniyyət "Qazan"mışıq! 
img

KOSMETOLOGİYA

Kosmetologiya sektorunda fəaliyyət göstərən müştərimiz üçün qurmuş olduğumuz müştəri xidmətləri, PR, Reklam siyasəti nəticəsində insanlarımıza doğru müalicə və kosmetoloji prosedurları çatdıra bildik. Yaxşı və doğru xidməti çatdırmaq üçün gözəl təqdimat və kommunikasiya vacibdir. Necə deyərlər "Gözəllik ondursa, doqquzu düzgün təqdimatdır!"
img

DİSTRİBUSİYA

Qloballaşan dünya ticarət sistemində distribusiya fəaliyyətinin önəmi danılmazdır. Təcrübəli komandamızın iş təcrübəsində bu sektorda fəaliyyət göstərən şirkət üçün PR kommunikasiya və müştəri əlaqələrinin idarə edilməsi sistemini formalaşdırılması təcrübəsi də vardır. Sektora uyğun araşdırmalar edərək məhsulların və imicinizin inkişafı üçün hazırıq.